Məşhur şoumen Mehmet Ali Erbil, haqqında yayılan “maddi cəhətdən çöküb” iddialarını qəti şəkildə təkzib edərək, sərvətinin düşünüldüyündən qat-qat çox olduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Heç işləməsəm belə, nəvələrimə qədər yetəcək qədər pulum var” – deyə sənətçi açıqlama verib. Hazırda yaşadığı evin dəyərinin 10 milyon dollar olduğunu, keçmiş həyat yoldaşlarına verdiyi evlərin ümumi dəyərinin isə 10 milyon dolları tapdığını söyləyib.