Dünyanın ən populyar onlayn mesajlaşma tətbiqi WhatsApp, sabahdan etibarən bir çox köhnə tarixli smartfonlara yeniləmə dəstəyi verməyi dayandıracaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, tətbiqə əlavə edilən son xüsusiyyətlərin, köhnə telefonlarda aparat çatışmazlığı səbəbindən istifadə çətinliklərinə yol açdığını bildirən şirkət, son yeniləməsi ilə 2016-cı ildə buraxılan smartfonları dəstək xaricində qoyacaq. Bu telefonlar ilkin mərhələdə yeniləmə dəstəyi ala bilməyəcək, müəyyən bir müddət sonra isə yeniləmə edilə bilmədiyi üçün tamamilə WhatsApp-a daxil olmaq mümkün olmayacaq.
Bu dəyişiklikdən yüzlərlə telefon modelinin təsirlənməsi gözlənilir, yeniləmə dəstəyi dayandırılacaq ən populyar cihazlar isə aşağıdakı kimidir:
Android
- Huawei Mate 9 Pro
- Samsung Galaxy S7
- Xiaomi Mi Note 2
- HTC 10 evo
- Sony Xperia XZ
- Xiaomi Mi 5 Pro
- Samsung Galaxy C9 Pro
iOS
- iPhone 6
- iPhone 6s