Hindistanın Mumbai şəhərində ucalan və Asiya qitəsinin ən varlı iş adamı Mukeş Ambaniyə məxsus olan 27 mərtəbəli Antiliya, 4,51 milyard dollar dəyəri ilə dünyanın ən bahalı yaşayış evi hesab olunur.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Babilin Asma Bağlarından ilhamlanaraq layihələndirilən bu nəhəng bina 50 nəfərlik kino zalı, spa mərkəzi, süni qar otağı, 168 avtomobil üçün yer ayrılmış qarajı və üç helikopter meydançası ilə sanki kiçik bir şəhəri xatırladır.
Sosial şəbəkələrdə tez-tez paylaşılan Antiliya təkcə dəyəri ilə deyil, qeyri-adi memarlıq üslubu və lüks detallarının çoxluğu ilə də böyük maraq doğurur.