Tramp Meksikanı təhdid etdi

11:00 - 09 Dekabr 2025

Tramp Meksikanı təhdid etdi

ABŞ Prezidenti Donald Trump Meksikanın iki ölkə arasında imzalanan sazişə əsasən, su axınının sərbəst buraxılması lazım olduğunu bildirib. Əks halda, Meksikadan edilən idxalata 5% gömrük vergisi tətbiq olunacağını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Trump, Meksikanın su ilə bağlı genişmiqyaslı sazişi pozduğunu iddia edərək, bunun Texasda kənd təsərrüfatı məhsulları və heyvandarlığa ciddi ziyan vurduğunu qeyd edib.

Prezident, Meksikanın son 5 ildə sazişə riayət etmədiyi üçün ABŞ-a təxminən 1 milyard kubmetr su borcu olduğunu vurğulayaraq, "ABŞ, Meksikadan 31 dekabradək təxminən 250 milyon kubmetr suyu sərbəst buraxmasını istəyir, qalan su isə tezliklə verilməlidir" deyib.

Meksikanın bu tələbi yerinə yetirməməsinin ABŞ fermerləri üçün ədalətsiz olduğunu bildirən Trump, belə əlavə edib:

"Bu səbəbdən, əgər su dərhal sərbəst buraxılmazsa, Meksikaya 5% gömrük vergisi tətbiq edilməsi üçün sənədləri imzaladım. Meksika nə qədər çox geciksə, fermerlərimiz bir o qədər çox zərər görəcək. Meksikanın bu məsələyə dərhal çözüm tapmaq kimi bir öhdəliyi var."


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az