2025-ci ilin ən yaxşı və ən güclü 10 telefonu siyahısı açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hər ay mövcud telefonları test edərək aldıqları bal əsasında sıralama aparan "AnTuTu", 2025-ci ilin ən yaxşı və güclü telefonlarını təqdim edib.
Dünyada satış rekordu qıran "Apple"ın məhsulu iPhone 17 ilk 10-a belə daxil ola bilməyib, zirvədəki telefon isə sürpriz şəkildə Red Magic 11 Pro olub.