Yaponiya ilə Çin arasındakı "Tayvan" gərginliyi hər keçən gün daha da artmaqdadır. Bu dəfə, Rusiya və Çin birgə bombardmançı təyyarələri ilə uçuş həyata keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya "açıq güc nümayişi" olaraq qiymətləndirdiyi bu addımın milli təhlükəsizlik baxımından narahatlıq yaratdığını bildirdi. Çin, Yaponiyaya belə bir təhdid mesajı verdi! Asiya-Sakit Okean bölgəsində gərginlik heç vaxt olmadığı qədər yüksəkdir.
Bu dəfə, Rusiyaya aid olan 2 nüvə qabiliyyətli strateji bombardmançı təyyarə, Yaponiya Dənizindən Şərqi Çin Dənizinə uçdu. Rusiyanın TU-95 təyyarələri, daha sonra Çin təyyarələri olan 2 H-6 bombardmançısı ilə birləşərək, Sakit Okeanda uzun məsafəli birgə uçuş həyata keçirdilər.
Sonra, dörd Çin J-16 döyüş təyyarəsi bombardmançı təyyarələrə qoşularaq Yaponiyanın Okinava və Miyako adaları arasında uçuş etdi.
Bunun üzərinə Yaponiya, Rusiya və Çinin birgə hava patrullarını izləmək üçün döyüş təyyarələrini havalandırdı.
Yaponiya Müdafiə Naziri, bu inkişafı "öz ölkəsinə qarşı açıq güc nümayişi" olaraq xarakterizə etdi və bunun milli təhlükəsizlik baxımından ciddi narahatlıq yaratdığını vurğuladı.