İki bina çökdü - Çox sayda ölü var

23:20 - 10 Dekabr 2025

İki bina çökdü - Çox sayda ölü var

Fəs şəhərinin şimalında yerləşən Mərakeşin Fəs bölgəsində iki binanın uçması nəticəsində 19 nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fəs Valiliyinin yaydığı açıqlamada bildirilib ki, şəhərin Mustaqbəl məhəlləsində 8 ailənin yaşadığı bitişik iki bina çərşənbə axşamı gecəsi qəfil çöküb.

Açıqlamaya görə, hadisə nəticəsində 19 nəfər həyatını itirib, 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumatda vurğulanıb ki, yerli idarəetmə qurumları, təhlükəsizlik qüvvələri və mülki müdafiə əməkdaşları axtarış-xilasetmə işlərini davam etdirirlər. Sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə çökmüş binaların ətrafı nəzarətə götürülüb və yaxınlıqdakı evlərdə yaşayanlar təxliyə edilib.

Binaların niyə çökdüyü ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az