Meksika Nümayəndələr Palatası ölkədə elektron siqaret və “vape” məhsullarının istifadəsini tam qadağan edən konstitusiya dəyişikliyini təsdiqləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu məhsulların satışını həyata keçirən şəxsləri 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Səsvermə zamanı hökumət çoxluğunun dəstəyi ilə 324 lehinə, 129 əleyhinə və 1 bitərəf səs qeydə alınıb. Qanun paketi Prezident Klaudia Şeinbaum tərəfindən təqdim olunan layihəyə əsaslanır.