Hər il 50 min insan bu səbəbdən ölür - Səssiz qatil

15:38 - 11 Dekabr 2025

Hər il 50 min insan bu səbəbdən ölür - Səssiz qatil

İranda hava çirkliliyi səbəbilə hər il 50 min nəfərin həyatını itirdiyi bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu İranın Səhiyyə Naziri Məhəmməd Rıza Zəfərkəndi açıqlayıb.

İranın rəsmi xəbər agentliyi IRNA-ya görə, Zəfərkəndi universitet rektorları ilə keçirdiyi görüşdə hava çirkliliyi mövzusunda açıqlamalar verib.

Zəfərkəndi səhiyyə sahəsindəki problemlərin böyük ölçüdə iqtisadi və sosial amillərdən qaynaqlandığını vurğulayaraq "Problemlərdən biri də hava çirkliliyi məsələsidir. Hər il hava çirkliliyi səbəbindən 50 min insanın həyatını itirdiyinə şahid oluruq. Eyni zamanda, xəstəxanalara müraciətlər iki dəfə artmış vəziyyətdədir" - deyib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az