Çinin Şandun əyalətində bir qadın iş yerində baş verən qəza nəticəsində kəsilmiş qulağını yenidən taxdırmaq məqsədilə tibbi dünyanı heyrətləndirən bir əməliyyat keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dəhşətli fabrik qəzası nəticəsində, qadın sol qulağını, baş dərisini və üzünün bir hissəsini itirmişdi.
Həkimlər zədələnmiş qan damarları səbəbindən qulağın birbaşa əvvəlki yerinə köçürülməsinin mümkün olmadığını müəyyən ediblər. Qulağın düzgün şəkildə sağalması və bərpa olunması üçün ən uyğun yer kimi dərinin nazik olduğu və damar quruluşunun qulağa bənzədiyi ayağın daxili hissəsi (ayaq üstü) seçilib.
Mynet-in məlumatına görə, yalnız 0,2–0,3 mm diametrində olan damarları birləşdirmək cərrahlar üçün demək olar ki, qeyri-mümkün bir prosedur idi. Cərrahiyyə qrupu təxminən 10 saat ərzində, insan saçından daha nazik iynələrlə hər bir damarı tək-tək tikməyi bacarıb.