Myanma ordusunun Arakan vilayətindəki bir xəstəxanaya hava hücumu nəticəsində 33 nəfər həyatını itirib, ən azı 76 nəfər isə yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, ordu qüvvələri tərəfindən Banqladeş sərhədində yerləşən Mrauk-U şəhərindəki bir xəstəxanaya hava hücumu həyata keçirilib.
Hərbi idarə, bölgədə hər hansı bir hücum baş verdiyinə dair açıqlama verməyib.