Müğənni İbrahim Tatlıses son günlər iki övladı ilə yaşadığı gərginliklərdən sonra diqqət çəkən bir paylaşım edib. Onun sosial şəbəkədə yaydığı həmin paylaşım qısa müddətdə geniş müzakirələrə səbəb olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, “İmperator” ləqəbi ilə tanınan sənətçi oğlu İdo Tatlısesin fotosunu sosial şəbəkə hesabında paylaşaraq üstüörtülü bir mesaj verib. Tatlıses paylaşımında belə yazıb:
“Övlad budur. Baxışı, davranışı, ədəbi, tərbiyəsi ilə övlad budur. Yalanı-dolanı olmayan övlad budur. İdom, səninlə qürur duyuram”.
Məşhur sənətçinin bu sözləri, son vaxtlar ailə daxilində yaşanan gərginliklərə işarə kimi qiymətləndirilib. Tatlısesin bəzi övladları ilə münasibətlərinin korlandığına dair iddialar gündəmdə olduğu bir vaxtda, onun İdo haqqında tərif dolu sözləri sosial şəbəkədə böyük əks-səda doğurub.
Paylaşım qısa zamanda minlərlə bəyənmə toplayıb. İzləyicilər isə bu addımı “barış mesajı, yoxsa xəbərdarlıq?” sualları ilə müzakirəyə çıxarıblar. Tatlıses tərəfindən məsələyə dair əlavə açıqlama isə hələlik verilməyib.