Diyarbakırda ailəsi ilə mübahisə edən şəxs mənzilini yandırıb. Hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənib. Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məlumata görə, Bağcılar məhəlləsinin 1208-ci küçəsində yerləşən 9 mərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Yanğın qısa müddətdə nəzarət altına alınıb. Binada yaşayan 3 nəfərə tüstüdən zəhərlənmə diaqnozu qoyulub və onlara təcili tibbi yardıma məxsus avtomobildə ilkin tibbi yardım göstərilib.
Araşdırmalar zamanı məlum olub ki, yanğın ailəsi ilə mübahisə edən şəxsin mənzilini qəsdən yandırması nəticəsində yaranıb. Həmin şəxsin uşaqlarını götürərək evdən çıxdığı bildirilib. Hadisə ilə bağlı araşdırma aparılır.