Qış mövsümünə daxil olduğumuz bu dövrdə moda dünyasında qarşımıza çıxan yeni bir rəng var: Forest green, yəni "dərin meşə yaşılı" rəngi. Qızıl, qırmızı və bordo kimi rənglər, qışın ənənəvi rənglərindən olsa da, bu mövsümün ən diqqət çəkən rəngi şübhəsiz ki, yaşılın bu sofistikə tonudur.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, həm gündüz, həm də gecə kombinasiyalarına asanlıqla uyğunlaşan bu rəng sakit parıltısı və dərinliyi ilə "səssiz lüks" anlayışının mükəmməl təmsilçisi olmağa başladı.
Bu mövsümdə küçə stilində də meşə yaşılı rənginin təsiri aydın şəkildə hiss olunur. Son aylarda keçirilən moda həftələrinin dəvətliləri, tünd yaşıl rəngini seçərək bu rəngin nə qədər güclü bir görünüş yaratdığını sübut etdilər. Yünlü palto ilə tamamlanmış mini ətəklər, trikotaj kostyumlar, uzun paltarlar və tünd yaşıl çantalar; bütün bunlar bu rəngin nə qədər geniş bir istifadə sahəsi təklif etdiyini göstərir.