Əylənmək istəkləri sonları oldu - 2 nəfər faciəvi şəkildə öldü

14:22 - 15 Dekabr 2025

Əylənmək istəkləri sonları oldu - 2 nəfər faciəvi şəkildə öldü

İtaliyada Fano Hava Limanı yaxınlığında paraşütlə uçuş edərkən iki nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bir kişi və bir qadından ibarət olan iki şəxs, təcrübəli paraşütçülərdən ibarət başqa bir cütlə birlikdə atlayış edib. İlkin məlumata görə, paraşütlər havada bir-birinə dolaşıb və bu, təhlükəsiz şəkildə enmələrinə mane olub. Onların təxminən 50 metr hündürlükdən yerə düşdükləri bildirilib.

Hadisəni görən şahidlərin sözlərinə görə, cütlük havada bir-birinə dolanıb və sürətlə yerə çırpılıb. Hadisəni izləyən və düşüş zamanı gələn güclü səsi eşidən şəxslər dərhal yerli orqanlara məlumat verib. Həyatını itirən kişi, hadisənin baş verdiyi Marche bölgəsindəki şəhər sakinlərindən olan 70 yaşlı təlimatçı Ermes Zampa idi. Qadın isə Rimini şəhərindən olan 63 yaşlı Violetta Laiketsion olub.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az