Bu xəbər ABŞ-ın yuxularını qaçırdı - Çin sualtı vasitələr test edir

16:17 - 15 Dekabr 2025

Bu xəbər ABŞ-ın yuxularını qaçırdı - Çin sualtı vasitələr test edir

Çinin Pasifik Okeanını aşma qabiliyyətinə malik böyük insan olmayan sualtı vasitələri test etdiyi iddiaları dünya ictimaiyyətində böyük rezonans doğurub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 40 metr uzunluğunda olan və torpil, minalar kimi klassik dənizaltı silahları ilə təchiz edilə bilən bu vasitələrin testləri ilə bağlı iddiaların doğruluğu təsdiqlənərsə, bu sistemlərin Çin ordusu üçün mühüm strateji üstünlük təmin edəcəyi bildirilir.

Çinin, Panama Kanalı və ABŞ-ın Qərb Sahili kimi kritik dəniz yolunu blokada etmə qabiliyyətinə malik böyük insan olmayan sualtı vasitələri test etdiyi iddia edilib. Texniki adı "Extra-Extra-Large Uncrewed Underwater Vehicle" (XXLUUV) olan bu vasitələrin, ölçü baxımından ənənəvi dizel dənizaltılarına bənzədiyi, lakin tamamilə avtomatik rejimdə işləyə bildiyi vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az