Yapon alımları, ABŞ-ın Hiroşima şəhərinə atdığı atom bombası hücumundan sonra itkin düşən bir şəxsin kimliyini DNA testi ilə müəyyən etməyi bacarıblar. 80 il sonra açılan bu sirr, hücumda həyatını itirənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində yeni bir ümid işığı yaradıb. Yapon alimləri, ABŞ-ın həyata keçirdiyi atom bombası hücumlarında həyatını itirənlərin kimliklərinin müəyyənləşdirilməsi sahəsində əhəmiyyətli bir uğur əldə ediblər. Bir atom bombası qurbanının kimliyi ilk dəfə DNA analizi ilə təsdiqlənib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hiroşima Bələdiyyəsindən verilən məlumata görə, bu proses, Hiroşima hücumunun ardından itkin düşən və o dövrdə 13 yaşında olan Hatsue Kajiyama-nın ailə üzvlərinin şübhəsi üzərində başlanıb. Hiroşima Sülh Anıtı Parkında saxlanılan bəzi toz və saç nümunələrinin "Michiko Kajiyama" adına qeydə alındığını görən ailə üzvləri, bunun səhv ola biləcəyini və nümunələrin Hatsue Kajiyama-ya aid ola biləcəyini irəli sürüblər.
Ailənın müraciəti əsasında hərəkətə keçən Kanagawa Diş Həkimliyi Universitetinin mütəxəssisləri, Hiroşima Sülh Anıtı Parkında saxlanılan toz və saç nümunələri üzərində araşdırma aparmağa başlayıblar. Kajiyama-nın sağ olan 91 yaşındakı bacısının DNA-sını, toz və saç nümunələri ilə müqayisə edən mütəxəssislər, qalıqların Hatsue Kajiyama-ya aid olduğunu təsdiqləyiblər.