DƏHŞƏT! 15 yaşlı yeniyetmə 10 yaşlı uşağı qətlə yetirdi

16:04 - 16 Dekabr 2025

DƏHŞƏT! 15 yaşlı yeniyetmə 10 yaşlı uşağı qətlə yetirdi

Rusiyanın Moskva şəhərindəki məktəblərin birində 15 yaşındakı şagird bıçaqlı hücum həyata keçirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Moskva bölgəsinə bağlı Odintsovo bələdiyyəsindəki Gorki-2 yaşayış yerində yerləşən bir məktəbdə dəhşətli anlar yaşanıb. 15 yaşlı 9-cu sinif şagirdi əvvəlcə onu saxlamağa çalışan təhlükəsizlik işçisini bibər qazı sıxaraq bıçaqlayıb, sonra isə 10 yaşlı bir şagirdi bıçaqlayıb.

Moskva Bölgesi Uşaq Hüquqları Ombudsmanı Kseniya Mişonova verdiyi açıqlamada, bıçaqlanan 10 yaşlı 4-cü sinif şagirdinin həyatını itirdiyini, təhlükəsizlik işçisinin isə yaralandığını bildirib. Rusiya İstintaq Komitəsi hücumçunun həbs edildiyini və hücumun səbəblərinin hələlik məlum olmadığını açıqlayıb.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az