Müəllim şagirdlərin "WhatsApp" qrupuna şok görüntülər göndərdi 

16:37 - 16 Dekabr 2025

Müəllim şagirdlərin \"WhatsApp\" qrupuna şok görüntülər göndərdi 

Ankarada bir məktəbdə müəllimlik edən 52 yaşlı N.Ş. qız şagirdlərə aid mesajlaşma qrupuna qeyri-etik şəkil göndərdiyi iddiası ilə həbs edilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaranın Sincan rayonu ərazisində fəaliyyət göstərən bir məktəbin bədən tərbiyəsi müəllimi N.Ş.-nin məktəbin qız voleybol komandası üzvlərinin yer aldığı "WhatsApp" qrupuna qeyri-etik şəkil göndərdiyi irəli sürülüb. Valideynlərin şikayəti əsasında Ankara Qərb Cümhuriyyət Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb.

Araşdırma çərçivəsində müəllim saxlanılıb. Şübhəli şəxsin ifadəsində şəkili sevgilisinə göndərmək istədiyini, ancaq yanlışlıqla şagirdlərin olduğu qrupda paylaşıldığını bildirib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az