"Qalatasaray"ın ulduz futbolçusu Mauro Icardi ilə sevgilisi China Suarezin sevgisi bütün sürəti ilə davam edir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük, İstanbul Boğazı'nda çəkilən yeni romantik fotoşəkillərini Instagram hesablarından paylaşaraq izləyicilərindən sosial mediada çoxsaylı bəyənmə toplayıb. Bu paylaşımlarla münasibətlərini yenidən gözlər önünə sərən ikilinin xoşbəxtliyi diqqət çəkib.
Wanda Nara ilə çətin ayrılığından sonra China Suarez ilə çox xoşbəxt günlər yaşayan "Qalatasaray"ın ulduz hücumçusu Mauro Icardi, hər addımı ilə gündəmdə qalır.