Tanınmış aktrisa Aslı Bekiroğlu serialdakı səhnələrinə görə tənqid hədəfinə çevrilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, tanınmış aktrisa Aslı Bekiroğlu rəqəmsal platformalardan birində yayımlanan serialda yer alan alt paltarlı səhnələrinə görə ictimai tənqidlərə məruz qalıb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan məsələ ilə bağlı aktrisa açıqlama verib.
Aslı Bekiroğlunun rol aldığı “Karma” adlı serialın bəzi səhnələri qısa müddətdə sosial mediada gündəmə çevrilib. Serialdakı alt paltarlı görüntülər səbəbindən tənqid olunan aktrisa məsələ ilə bağlı münasibətini bildirib.
Bir çox layihədə iştirak edən Bekiroğlu tənqidlərə ciddi yanaşmadığını qeyd edərək, bunları deyib:
“Qoy tənqid etsinlər, mənim üçün önəmli deyil. Biz aktyoruq. Rejissor nə deyibsə, onu yerinə yetirmişəm.”