Müğənni Güllü miras üçün öldürüldü?

10:05 - 17 Dekabr 2025

Müğənni Güllü miras üçün öldürüldü?

Müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaqda yeni detallar üzə çıxıb.


Manset.az türk mətbuatına istinadən xəbər verir ki, sənətçinin qardaşları Güllünün miras məqsədilə öldürüldüyü iddiası ilə qızı, oğlu və keçmiş əri barəsində prokurorluğa müraciət edib. Araşdırma zamanı Güllünün ölümündən 4 gün sonra uşaqları tərəfindən Fərdi Pensiya Sistemindəki (BES) vəsaitin çıxarıldığı, həmçinin həyat sığortası ödənişinin alınması üçün müraciət edildiyi müəyyən olunub.

Prokurorluq cinayətin mümkün motivini aydınlaşdırmaq məqsədilə banklar və sığorta şirkətləri ilə yazışmaları davam etdirir. Rəsmi qurumlardan daxil olacaq cavabların istintaq üçün mühüm əhəmiyyət daşıdığı bildirilir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az