Qəzza zolağında güclü soyuqdan bədən temperaturu düşən 2 həftəlik fələstinli körpə Məhəmməd Xəlil Əbu Xeyr həyatını itirib.
Manset.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin bildirdiyinə görə, körpə iki gün əvvəl xəstəxanaya yerləşdirilsə də, reanimasiyada edilən müdaxilələr nəticə verməyib.
Son həftələrdə bölgədə ard-arda iki soyuq hava dalğası və “Bayron” fırtınası çadırların su altında qalmasına, dağıntılara səbəb olub. Rəsmi məlumatlara görə, soyuq hava nəticəsində 14 fələstinli ölüb, 53 min çadır zərər görüb və 4 milyon dollar maddi ziyan yaranıb.