Türkiyənin Ankara şəhərində 28 yaşlı Yasin Özdemir 3 illik həyat yoldaşı 19 yaşlı Sevgi Özdemiri mübahisə zəminində bıçaqlayaraq öldürüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə üç ildir evli olan və iki uşağı olan Özdemir cütlüyünün Altındağ rayonundakı evində baş verib.
Yasin Özdemir bir müddətdir ciddi ailə problemləri yaşayan həyat yoldaşı Sevgi Özdemir ilə qızğın mübahisə edirdi. Yasin Özdemir Sevgi Özdemiri bıçaqlayaraq qaçıb. Qonşuların xəbəri ilə hadisə yerinə polis və tibb qrupları göndərilib. Sevgi Özdemirin öldüyü müəyyən edilib.