Türkiyəli tanınmış şəxslər saxlanıldı 

10:26 - 18 Dekabr 2025

Türkiyəli tanınmış şəxslər saxlanıldı 

Türkiyədə tanınmış şəxslərə qarşı yeni bir narkotik əməliyyatı baş verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Aleyna Tilki, Danla Bilic və İrem Sak saxlanılıb. Axtarışlar zamanı, şübhəli Mümine Senna Yıldızın mənzilində təxminən 5 qram marixuana və marixuana öyütmə cihazı aşkar edilib.

Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə tapılmayıb. Həmçinin xaricdə olduqları müəyyənləşən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli haqqında saxlanılma qərarı verilib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az