"OpenAI" "Google"un Nano Banana Pro addımına cavab olaraq GPT-5.2 ilə dəstəklənən yeni "ChatGPT Şəkilləri" funksiyasını təqdim edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, GPT-5.2 ilə gələn bu yenilik, şəkillər üzərində istənilməyən sahələri pozmadan daha sürətli və daha dəqiq düzəlişlər etməyə imkan verir.
"OpenAI" "Google"un görüntü işləmə texnologiyalarına cavab olaraq, 2ChatGPT"nin yeni şəkil redaktə və yaradılma xüsusiyyətlərini elan edib. Yeni xüsusiyyət sayəsində istifadəçilər, az sayda əmr ilə şəkillərdə əlavə etmə, çıxarma, birləşdirmə və çevirmə əməliyyatlarını daha asanlıqla həyata keçirə bilirlər.
Bu yeni xüsusiyyətlərdə hazır stil variantları, daha ağıllı əmr şərhi, inkişaf etmiş mətn və üz detalları da diqqət çəkən yeniliklər arasında yer alır.