İllərdir yoxa çıxan türkiyəli aktrisadan açıqlama - Dinini dəyişdirib?

11:31 - 18 Dekabr 2025

İllərdir yoxa çıxan türkiyəli aktrisadan açıqlama - Dinini dəyişdirib?

48 yaş fərqi olan Patrick Grady ilə evlənərək ABŞ-a köçən aktrisa Meltem Miraloğlu, evlilik və din dəyişdirmə mövzusunda yayılan xəbərlərə açıqlıq gətirib. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Həyat Devam Ediyor" serialında canlandırdığı azyaşlı gəlin obrazı ilə tanınan Meltem Miraloğlu bir neçə il əvvəl Patrick Grady ilə evlənərək ABŞ-a köçmüşdü. Bu evlilik və cütlük arasındakı yaş fərqi uzun müddət mətbuat gündəmində yer almışdı.

Evlilikdə yaşadığı problemlərlə də diqqət çəkən Miraloğlu bir zamanlar şəxsiyyət və sənədlərinin oğurlandığını ABŞ-da girov tutulduğunu iddia etmişdi.

ABŞ-li rahib Thomas Wick ilə dini nikah bağladığı barədə yayılan xəbərlərə cavab olaraq, sosial media hesabında açıqlama verən Miraloğlu iddiaları qəti şəkildə təkzib edib.

Aktrisa paylaşımında "Evli deyiləm, heç bir uşağım yoxdur. Evlənməyi düşündüyüm sevgilim belə yoxdur. Dinimi dəyişdirmədim" - ifadələrini deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az