Ekvador futbol dünyası "Barcelona SC"nin 33 yaşlı oyunçusu Mario Pineidanın silahlı hücum nəticəsində həyatını itirməsi ilə şok yaşayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Ekvadorun Guayaquil şəhərində baş verib. Pineida həyat yoldaşı və anası ilə bir ət dükanının qarşısında silahlı hücuma məruz qalıb. Hücum nəticəsində Pineida və həyat yoldaşı həyatını itirib, anası isə ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb.
Bu hadisə futbol dünyasında böyük bir şok yaradıb.