Saxlanılan Aleyna Tilkinin vəkili açıqlama verdi 

16:46 - 18 Dekabr 2025

Saxlanılan Aleyna Tilkinin vəkili açıqlama verdi 

Narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində saxlanılan müğənni Aleyna Tilkinin vəkili Ayşegül Mermer, İl Jandarma Komandanlığının qarşısında jurnalistlərə açıqlama verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, vəkil Aleyna Tilkinin bugün bir araşdırma çərçivəsində saxlanıldığını bildirib. O, əlavə edib ki, əldə etdiyi məlumata əsasən, aparılan axtarışlar zamanı hər hansı bir qanunsuz maddə tapılmayıb.

Vəkil, "Hazırda verə biləcəyimiz başqa heç bir təsdiqlənmiş və rəsmi məlumat yoxdur. Gələcək saatlarda təsdiqlənmiş məlumatlar sizə veriləcək və ictimaiyyəti məlumatlandırmaq və günahsızlıq presumpsiyasını qorumaq üçün təsdiqlənmiş məlumatlardan sonra rəsmi açıqlama veriləcək. Aleyna xanım buradadır" - deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az