Türkiyənin sevilən cütlüklərindən olan Barış Arduç və Gupse Özay qarşılıqlı açıqlamaları ilə gündəmə gəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gupse Özayın ərini "dəniz mənzərəli bir evə" bənzətməsi və Arduçun bu sözlərə "Mənim arvadım nə deyibsə, düz deyib" - cavabını verməsi sosial mediada geniş əks-səda doğurub. Yaraşıqlı aktyor haqqında edilən "xanımcı" şərhlərdən sonra Gupse Özay mövzu ilə bağlı səmimi açıqlamalar verib.
Qeyd edək ki, "Deliha" adlı filmin çəkiliş meydançasında tanış olub sonra sevgili olmağa başlayan Gupse Özay və Barış Arduç 2020-ci ildə münasibətlərini evliliklə sonlandırıblar. Məşhur cütlük 2022-ci ilin sentyabrında qızları Jan Asyanı qucaqlarına alaraq ilk dəfə ana-ata olmağın sevincini yaşamışdılar.