Avropa İttifaqı Liderlər Zirvəsində protesto - FOTO

20:08 - 18 Dekabr 2025

Avropa İttifaqı Liderlər Zirvəsində protesto - FOTO

Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi zamanı minlərlə fermer Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) ilə bağlanması planlaşdırılan azad ticarət sazişinə, eləcə də Birliyin gələcək büdcəsində kənd təsərrüfatına ayrılan subsidiyaların azaldılmasına etiraz olaraq aksiya keçirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqına üzv ölkələrin müxtəlif kənd təsərrüfatı və heyvandarlıq birliklərinin çağırışı ilə minlərlə fermer Brüsseldə Avropa Parlamentinin (AP) qarşısında yerləşən Lüksemburq meydanına toplaşıb.

Fermerlər Avropa Parlamenti ətrafı ilə yanaşı, Aİ Komissiyası və Aİ Şurasının binalarının önündən keçən Rue de la Loi prospektinə və ətraf küçələrə yüzlərlə traktor yerləşdirərək nəqliyyatın hərəkətini iflic ediblər. Lüksemburq meydanında toplaşan aksiyaçılar Avropa Parlamenti binasına doğru kartof və yumurta atıb. Hadisələr zamanı polis aksiyaya sərt müdaxilə edib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az