"Titanik"in rejissorunun sərvəti dodaq uçuqlatdı - RƏQƏM

23:20 - 18 Dekabr 2025

\"Titanik\"in rejissorunun sərvəti dodaq uçuqlatdı - RƏQƏM

“Avatar” seriyası və “Titanik” kimi rekordlar qıran filmlərə imza atan dünya şöhrətli rejissor Ceyms Kemeron Hollivuddakı uğurunu təkcə mükafatlarla deyil, qazancı ilə də möhkəmləndirib. Uzun illərdir zirvəni əldən verməyən Kemeronun açıqlanan sərvəti isə hər kəsi heyrətə gətirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hollivudun ən nüfuzlu simalarından biri olan Ceyms Kemeron karyerası boyunca əldə etdiyi iqtisadi nailiyyətlərlə adını kino dünyasının ən seçkin çevrəsinə yazdırıb.

İllərdir kassada birinci yerlərdə qərarlaşan layihələrin arxasında dayanan Kemeron artıq təkcə rejissorluğu ilə deyil, sahib olduğu böyük sərvətlə də gündəmdədir.

Forbes jurnalının yaydığı son məlumatlara əsasən, tanınmış rejissorun xalis sərvəti 1,1 milyard ABŞ dollarına çatıb. Bu göstərici ilə Kemeron Steven Spilberq, Corc Lukas və Piter Cekson kimi Hollivudun milyarder adları ilə eyni səviyyədə yer almağa başlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az