ABŞ və Ukrayna yenidən görüşəcək - Zelenski açıqladı

23:37 - 18 Dekabr 2025

ABŞ və Ukrayna yenidən görüşəcək - Zelenski açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski sabah ölkəsini təmsil edən bir nümayəndə heyətinin ABŞ tərəfi ilə sülh danışıqları aparmaq üçün görüşəcəyini açıqlayıb.


Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada, ölkəsində müharibəyə son qoymaq məqsədilə ABŞ-la danışıqların sabah yenidən başlanacağını bildirib.

Ukrayna dövlət başçısı deyib: “Komandamız cümə və şənbə günləri ABŞ-da olacaq. Onlar artıq yoldadırlar. Amerikalılar onları gözləyir”.

Zelenski əlavə edib ki, Avropa liderlərinin də həmin görüşlərdə iştirak etməsi mümkündür.

Xatırladaq ki, ötən həftə Berlində keçirilən toplantılarda ABŞ Prezidenti Donald Trampın sülh planı ilə bağlı Ukrayna tərəfinin Vaşinqtona təqdim etdiyi cavabdan sonra yaranmış son vəziyyət müzakirə olunmuşdu.

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff görüşlərdən sonra ABŞ və Ukrayna nümayəndə heyətləri arasında mühüm irəliləyişlərin əldə edildiyini bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az