Ata qızı və əlil oğlunu tapança ilə qətlə yetirdi - Daha sonra intihar etdi

16:02 - 25 Dekabr 2025

Ata qızı və əlil oğlunu tapança ilə qətlə yetirdi - Daha sonra intihar etdi

Adanada 46 yaşlı ata 13 yaşlı qızını və 11 yaşlı əlil oğlunu tapança ilə öldürdükdən sonra eyni silahla intihar edib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ata İbrahim Kıracı uşaqlarını öldürdükdən sonra ev sahibinin yanına gedib, vəziyyəti izah edib və polisə zəng etməsini istəyib. Daha sonra evə qayıdaraq özünü öldürüb.

Hadisə Türkiyə vaxtı ilə saat 21:00 radələrində Yüreğir rayonunun Seyhan məhəlləsində baş verib. Üçmərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə yaşayan İbrahim Kıracı məlum olmayan səbəbdən qızı Derin və əlil oğlu Doruku sinəsindən tapança ilə vurub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az