Anası ilə dalaşdı - Əsəbiləşib evi yandırdı

12:31 - 09 Fevral 2026

Anası ilə dalaşdı - Əsəbiləşib evi yandırdı

Karaman şəhərində anası ilə mübahisə edən şəxs əsəbləşərək yaşadıqları mənzili yandırıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə qorxulu anların yaşanmasına səbəb olub.


Yanğın hadisəsi Türkiyə vaxtı ilə gecə saat 23:50 radələrində 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzildə baş verib. Əldə edilən məlumata görə, 33 yaşlı K.N. anası ilə mübahisə etdikdən sonra anasının evdən ayrılmasından əsəbləşərək yaşadıqları mənzili yandırıb. Alovlar sürətlə mənzili bürüyərkən, K.N. hadisə yerindən qaçıb.


Çıxan yanğın və qatı tüstü səbəbindən mənzillərində qalan vətəndaşlar yanğınsöndürənlərin köməyi ilə xilas olunublar. Hadisədə 2-si uşaq olmaqla, 10 nəfər tüstüdən zərər çəkib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az