Meksika Prezidenti Klaudia Şeynbaum ABŞ Prezidenti Donald Trampın Kubaya neft satan və ya təmin edən ölkələrdən idxal edilən mallara gömrük vergisi tətbiq etməsi qərarının ardından Havanadakı hökumətə neft tədarükünün dayandırıldığını təsdiqləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Meksika Prezidenti Klaudia Şeynbaum ABŞ Prezidenti Donald Trampın Kubaya neft göndərən ölkələrə gömrük rüsumu tətbiq etməsi ilə bağlı qərarından sonra son vəziyyətlə bağlı bəzi açıqlamalar verib.
Meksikadan Kubaya neft tədarükünün dayandırıldığını təsdiqləyən Şeynbaum, "Kubaya neft satan ölkələrə sanksiya tətbiq etmək çox ədalətsizdir. Bu, çox ədalətsizdir və düzgün deyil, çünki insanlara təsir edən sanksiyalar heç vaxt haqlı ola bilməz. Kubanın hökumət sisteminə qatılmaq və ya qatılmamaq sizin seçiminizdir, amma insanlar heç vaxt bundan təsirlənməməlidir" - ifadələrini səsləndirib.
Şeynbaum, ABŞ ilə Meksikanın neft ixracını davam etdirməsinə imkan verəcək bir razılaşma üçün danışıqların davam etdiyini və Kubaya humanitar yardım göndərməyə davam edəcəklərini bildirib.