logo
logo logo
logo

Ərdoğan Ceyhun Bayramovu qəbul etdi

18:42 - 30 Oktyabr 2026

Ərdoğan Ceyhun Bayramovu qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.


Manset az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, qəbul zamanı, Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub. İki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az