logo
logo logo
logo

Abşeron Ticarət Mərkəzində mərkəzləşdirilmiş boya mərkəzinin təqdimatı baş tutdu - FOTOLAR

13:05 - 30 Oktyabr 2026

Abşeron Ticarət Mərkəzində mərkəzləşdirilmiş boya mərkəzinin təqdimatı baş tutdu - FOTOLAR

2 000 kvadratmetrdən çox ərazini əhatə edən yeni mərkəz geniş məhsul çeşidini, fərdi rəng hazırlanması xidmətini və sərfəli alış-veriş imkanlarını bir araya gətirir.


28 oktyabr tarixində Abşeron Ticarət Mərkəzində ölkənin ən böyük mərkəzləşdirilmiş boya mərkəzinin təqdimatı baş tutub. 2 000 kvadratmetrdən çox ərazini əhatə edən yeni mərkəz fərdi müştərilərdən peşəkar ustalara, dizaynerlərdən tikinti və təmir şirkətlərinə qədər geniş auditoriyanın ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub.

Manset.az xəbər verir ki, mərkəzdə yerli və beynəlxalq Panda, Penguin, Bytech, Katsan, Sobsan və Jotun brendlərinin dekorativ, inşaat, sənaye və mebel boyaları, rəngləmə üçün zəruri materiallar, eləcə də divar kağızları təqdim olunur. Müştərilər istədikləri rəng çalarını seçərək boyanı yerindəcə hazırlada və təmir üçün lazım olan məhsulları vahid məkandan əldə edə bilərlər.

Abşeron Ticarət Mərkəzinin Kommersiya direktorluğunun Korporativ Satış müdiri Mahir Quliyev bildirib ki, boya mərkəzinin yaradılmasında əsas məqsəd müştərilərə daha geniş seçim imkanları təqdim etmək və təmir prosesini asanlaşdırmaqdır.

“Bizim məqsədimiz yalnız məhsul çeşidini genişləndirmək deyil, həm də müştərilərin təmir üçün lazım olan məhsulları bir məkandan rahatlıqla əldə etməsini təmin etməkdir. Yaxın gələcəkdə boya mərkəzinin sahəsini 4 000 kvadratmetrə qədər genişləndirməyi, məhsul çeşidini və təmsil olunan brendlərin sayını artırmağı planlaşdırırıq”, – deyə Mahir Quliyev qeyd edib.

Divar kağızları istiqamətində də müştərilərə fərdi həllər təklif olunur. “Megawall” şirkətinin xüsusi çap texnologiyası vasitəsilə seçilmiş təsvirləri birbaşa divar kağızına tətbiq etmək mümkündür. Bu imkan interyerlərin fərdi zövqə və dizayn layihələrinin tələblərinə uyğunlaşdırılmasına şərait yaradır.

Boya mərkəzinin təqdimatı münasibətilə hazırda boya və divar kağızlarına 50%-dək endirim kampaniyası keçirilir. Kampaniya müştərilərə təmir üçün zəruri məhsulları daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır. Kampaniyanın şərtləri və müddəti barədə ətraflı məlumatı *6767 nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

Abşeron Ticarət Mərkəzi müştərilərinə tikinti, təmir və interyer həlləri üzrə geniş məhsul seçimi və rahat alış-veriş imkanları təqdim etməyə davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az