logo
logo logo
logo

"Məhkəmədən xahişiniz nədir" sualına Ramiz Mehdiyev hansı reaksiyanı verib? 

17:25 - 29 Oktyabr 2026

\"Məhkəmədən xahişiniz nədir\" sualına Ramiz Mehdiyev hansı reaksiyanı verib? 

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib, onun cəzası şərti hesab olunub.


Manset.az Gununsesi.info-ya istinadən xəbər verir ki, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan "son söz" deməsini təklif edib.

Lakin prosesə evindən onlayn qaydada qatılan Ramiz Mehdiyev hakimin "məhkəmədən xahişiniz nədir" sualına susqunluq nümayiş etdirib.

Hakim sualı bir daha təkrar etdikdən sonra Mehdiyevin yanında olan şəxslərdən biri ona hakimin dediklərini təkrar söyləyib.

Bundan sonra Ramiz Mehdiyev kameraya qəzəbli baxışlarla baxsa da, susqunluq nümayiş etdirib.

Yaranmış situasiyanı isə onun vəkili dəyişib. Belə ki, vəkil müdafiə tərəfinin mövqeyinin məhkəməyə yazılı təqdim ediləcəyini deyib.

Mənbənin sözlərinə görə, hökm oxunandan sonra da Ramiz Mehdiyev hər hansı formada reaksiya verməyib və susqunluğunu davam etdirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az