logo
logo logo
logo

Kartdan-karta pul atanların NƏZƏRİNƏ - Bu halda limit ləğv edilə bilər 

10:25 - 30 Oktyabr 2026

Kartdan-karta pul atanların NƏZƏRİNƏ - Bu halda limit ləğv edilə bilər 

"Kartdan-karta köçürmələrdə limitlərin artırılması və ya aradan qaldırılması üçün banklara müraciət etmək mümkündür".


Manset.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bunun üçün vətəndaş istifadə etdiyi kartın və hesabın təyinatı barədə banka məlumat verməli və müvafiq əsaslandırma təqdim etməlidir:

"Xüsusilə ianə toplayan şəxslər bu imkandan yararlana bilərlər. Məsələn, hər hansı vətəndaş ianə məqsədilə bank hesabı və ya kart açırsa, həmin kartın bu məqsədlə istifadə olunacağını xidmət göstərən banka bildirməli, müraciətinə müvafiq əsaslandırma əlavə etməlidir. Bu halda daha yüksək limitlərin müəyyənləşdirilməsi və ya limitlərin aradan qaldırılması mümkün ola bilər.

Eyni yanaşma rəsmi gəliri olan və yaxınlarına mütəmadi olaraq daha böyük məbləğdə pul köçürmək istəyən şəxslərə də aiddir. Belə hallarda bank köçürmələrin məqsədini nəzərə alaraq müvafiq limitləri müəyyən edə bilər.

Yəni kartdan-karta əməliyyatlarla bağlı tətbiq edilən məhdudiyyətlərin dəyişdirilməsi üçün vətəndaşın banka müraciət etməsi və hesabın hansı məqsədlə istifadə olunacağını əsaslandırması vacibdir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az