logo
logo logo
logo

Könül Əliyeva qızıl medal qazandı

20:34 - 29 Oktyabr 2026

Könül Əliyeva qızıl medal qazandı

Azərbaycan millisinin üzvü Könül Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.


Manset.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

    Bununla da o, Böyük Dəbilqə turnirində çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.

    Mübarizəyə 1/8 finaldan başlayan Əliyeva əvvəlcə Özbəkistan təmsilçisi Ulbusin Xakimovanı, 1/4 finalda Niderland cüdoçusu Amber Gersyesi, yarımfinalda isə Fransa idmançısı Melani Lequ-Klemanı məğlub edib.

    Finalda Türkiyə təmsilçisi Merve Azakla qarşılaşan Könül Əliyeva rəqibindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az