ABŞ Prezidenti Donald Tramp Kanada tərəfindən iki ölkə arasındakı Detroit çayı üzərində inşa edilən yeni körpünün mülkiyyətinin ən azı yarısını tələb edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, əks halda körpünün açılışını əngəlləməklə hədələyib.
Sosial media platforması "Truth Social"dan açıqlama verən ABŞ Prezidenti, "Hər kəsin bildiyi kimi, Kanada illərdir ki, Amerika Birləşmiş Ştatlarına çox ədalətsiz davranıb. İndi isə işlər sürətlə ABŞ-yə doğru dönür! Lakin düşünün, Kanada Ontario ilə Michigan arasında nəhəng bir körpü inşa edir. Həm Kanada, həm də ABŞ tərəfləri var və əlbəttə ki, heç bir Amerika məhsulunu istifadə etmədən inşa ediblər. Prezident Barak Obama onlara axmaqcasına bir istisna verdi, beləliklə, Amerika Malla Alış Qanununu atlataraq, Amerika məhsullarını, o cümlədən, poladımızı istifadə etmək məcburiyyətində qalmadılar" - deyib.