Nyu-York şəhərinin bələdiyyə başçısı Zohran Mamdani şəhər boyunca yanvar ayının sonlarından etibarən təsirli olan aşırı soyuq hava şəraiti səbəbindən 18 nəfərin həyatını itirdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mamdani açıqlamasında qar yağıntısı və kəskin soyuq hava şəraiti səbəbilə keçən həftə sonu bir nəfərin daha həyatını itirdiyini bildirib. O, yanvarın sonlarından bəri hava temperaturunun 13 gün ərzində sıfır dərəcəyə və ya daha aşağı səviyyələrə düşdüyü Nyu-Yorkda aşırı soyuq səbəbilə 18 nəfərin həyatını itirdiyini vurğulayıb.
19 yanvar tarixindən etibarən Nyu-Yorkda 1400 evsiz insanın sığınacaqlara yerləşdirildiyini qeyd edən Mamdani "Hər itirilən həyat bir faciədir" - deyib.