Yaponiya Ukraynaya 3,8 milyon yardım edəcək

13:22 - 11 Fevral 2026

Yaponiya Ukraynaya 3,8 milyon yardım edəcək

Yaponiya müharibə nəticəsində zərər görmüş mədəni irsin bərpasına dəstək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (UNESCO) vasitəsilə Ukraynaya 3,8 milyon dollar məbləğində yardım ayıracağını açıqlayıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə Yaponiya, Ukrayna və UNESCO rəsmilərinin iştirakı ilə imzalanma mərasimi keçirilib.


Yaponiyanın Kiyevdəki səfiri Nakaqome Masaşi mərasimdən sonra verdiyi açıqlamada bildirib ki, mədəniyyət Ukraynanın suverenliyinin mühüm tərkib hissəsidir və Yaponiya bu dəstəyi davam etdirmək niyyətindədir.


UNESCO daha əvvəl Ukraynada tarixi və bədii əhəmiyyətə malik binalar da daxil olmaqla, bir çox mədəni irs obyektinin zərər gördüyünü açıqlamışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az