Türkiyəli tanınmış aktyor gənc yaşda vəfat etdi - SƏBƏB

14:35 - 11 Fevral 2026

Türkiyəli tanınmış aktyor gənc yaşda vəfat etdi - SƏBƏB

Türkiyənin məşhur aktyoru Kanbolat Görkem Arslan gənc yaşda dünyasını dəyişib. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 45 yaşlı aktyor gecə saatlarında Beyoğlundakı evində özünü pis hiss edib. Həyat yoldaşının çağırışı ilə evə təcili yardım heyəti gəlib. Arslan ilkin müdaxilədən sonra xəstəxanaya aparılıb.


Edilən müdaxilələrə baxmayaraq Arslan ürək çatışmazlığı səbəbindən həyatını itirib.

Qeyd edək ki, Kanbolat Görkem Arslan "Çemberimde Gül Oya", "Poyraz Karayel", "Bir Deli Rüzgar" və başqa məşhur seriallarda rol alıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az