Rusiyanın Anapa şəhərində məktəbdə silahlı hücum hadisəsi baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həyatını itirib, 3 nəfər yaralanıb.
Hücumda məktəbin təhlükəsizlik əməkdaşı da həyatını itirib.
Rusiya Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada isə hücumçunun yaxalanaraq həbs edildiyi, hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.