Zelenskidən savaş hazırlığı İDDİASI - Rusiya ordusu hərəkətə keçdi

16:55 - 11 Fevral 2026

Zelenskidən savaş hazırlığı İDDİASI - Rusiya ordusu hərəkətə keçdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı hava hücumlarını davam etdirdiyini vurğulayaraq Rus ordusunun müharibəni davam etdirmək üçün hərəkətə keçdiyini bildirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial media hesabı üzərindən etdiyi paylaşımda Rus ordusunun Ukraynaya bu gecə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirdiyini qeyd edib.


O, Rusiyanın ölkəsinə 129 PUA ilə hücum etdiyini və bu hücumlar nəticəsində Xarkov bölgəsində 4 nəfərin həyatını itirdiyini bildirib.


Volodimir Zelenski Rus ordusunun Sumı bölgəsinə etdiyi hücumlar nəticəsində isə 1 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az