HƏMAS Hərəkatının hərbi qanadlarından olan İzzəddin əl-Qassam Tüqaylarının liderlərindən Abdullah əl-Bergusinin tutulduğu İsrailin Gilboa həbsxanasında basqın zamanı yaralandığı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fələstinli Məhbuslar Mətbuat Ofisinin yazılı açıqlamasına görə, "ziyarətçi otağına çox yorğun və əldən düşmüş vəziyyətdə gəldiyi" - qeyd edilib.
Açıqlamada Bergusinin yaralanması belə təsvir edilib:
"Bergusinin sol gözündən yaralandığı açıq şəkildə görünürdü. Basqın əməliyyatı ilə eyni vaxtda ziyarətçi ilə görüşə çıxdığı zaman başını qapıya vurduğu üçün üzərində qan izləri də vardı".