İsrailin tanınmış televiziya istehsalçılarından beynəlxalq miqyasda məşhur "Tehran" serialı ilə Emmy mükafatı qazanan Dana Eden Yunanıstanın paytaxtı Afinada bir oteldə ölü tapılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yunan polisi hadisə ilə bağlı araşdırma aparır və cinayət ehtimalı üzərində durulub.
Yunan mətbuatı isə Edenin, serial çəkilişləri üçün olduğu Afinadakı oteldə 52 yaşında həyatını itirdiyini, boynunda və əllərində şübhəli mavi ləkələrin aşkar edildiyini iddia edib.
Rəsmi orqanlar ölüm səbəbinin müəyyən edilməsi üçün autopsiya aparılmasına qərar verildiyini bildirib.