Madaqaskarda fırtına can aldı - 59 ölü var

22:31 - 16 Fevral 2026

Madaqaskarda fırtına can aldı - 59 ölü var

Madaqaskarın şərq bölgələrində təsir göstərən “Gezani” tropik siklonunun törətdiyi dağıntılar nəticəsində həyatını itirənlərin sayı 59 nəfərə yüksəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Madaqaskarın Milli Risk və Fəlakətlərin İdarəedilməsi Ofisinin yaydığı məlumata görə, siklonun səbəb olduğu sel və güclü küləklər nəticəsində 804 nəfər ağır xəsarət alıb, 15 nəfər isə itkin düşüb.

Açıqlamada bildirilir ki, təxminən 16 min 400 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb, 423 min 986 nəfər isə təbii fəlakətdən zərər çəkib. Qeyd olunur ki, ölkənin beş bölgəsində yerləşən 25 rayonda genişmiqyaslı dağıntılar qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az